Bu ölkə Rusiyadan vətəndaşlarını geri qaytarır

 12:24 17.08.2025     61

Özbəkistan hakimiyyəti çətin vəziyyətdə qalan 100 soydaşını Rusiyanın Sankt-Peterburqdan geri qaytaracaq.

Redaktor.az Özbəkistan mediasına istinadən xəbər verir ki, Özbəkistanın Baş Konsulluğu və Xarici Əmək Miqrasiyası Agentliyinin nümayəndəliyinin dəstəyi ilə iyulun 30-dan avqustun 30-dək həyata keçirilən “Vətənə qayıdış” xeyriyyə aksiyası çərçivəsində respublika öz vətəndaşlarını qaytaracaq.

Onların geri dönüş vəsiqəsi və aviabiletlə təmin olunduğu, vətənə dönüşünün avqustun 18-ə təyin edildiyi qeyd edilib.

Vumart və Güvən reklamı Vumart Güvən