İstanbulda avtobus aşdı - Ölən və yaralananlar var

İstanbulda Şimali Mərmərə magistralında avtobus aşıb: üç nəfər ölüb, 20 nəfər xəsarət alıb.
Bu barədə Redaktor.az “TRT Haber”ə istinadən xəbər verir.
"Yerli vaxtla saat 06:15 radələrində Tokatdan Tekirdağa gedən nəqliyyat vasitəsi Sancaktepe Paşaköy bölgəsində sürücünün idarəetməni itirməsi nəticəsində maneəyə çırpılıb", - məlumatda bildirilib.
Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
Qəza ilə bağlı araşdırma başladılıb.