Qəzzada atəşkəslə bağlı HAMASA yeni təklif irəli sürüldü

HAMAS-a Qəzzada atəşkəs üçün yeni təklif irəli sürülüb.
Redaktor.az xəbər verir ki, fələstinli anonim mənbənin “AFP”-yə bildirdiyinə görə, təklifdə 60 günlük atəşkəs və girovların iki hissədə azad olunması əks olunub.
Qeyd olunub ki, HAMAS rəhbərliyi öz aralarında və digər fələstinli fraksiyalarla sözügedən təkliflə bağlı müzakirələr aparacaq.