Şimali Koreya nüvə silahını sürətlə genişləndirir

 12:48 19.08.2025     61

Şimali Koreya lideri Kim Çen In ölkənin nüvə silahı proqramını "sürətlə genişləndirməyə" çağırıb və  bu, birgə hərbi təlimlər keçirən ABŞ və Cənubi Koreya ilə gərginliyi artırıb.

Redaktor.az xəbər verir ki, bu barədə ''Bloomberg'' məlumat yayıb.

Bu yaxınlarda buraxılmış ''Choe Hyon'' esminesini ziyarət edən Kim bildirib ki, Şimali Koreya ətrafında təhlükəsizlik vəziyyəti "nüvə proqramının sürətlə genişləndirilməsini" və donanmanın sürətləndirilmiş inkişafını tələb edir.

"Kim Çen In bildirib ki, ABŞ və Koreya Respublikası arasında hərbi əlaqələrin gücləndirilməsi və güc nümayişi onların müharibəni alovlandırmaq istəyinin ən bariz təzahürü, regionda sülh və təhlükəsizliyin məhv edilməsi mənbəyidir", - o, deyib.

Aminə Şahsuvarqızı

Vumart və Güvən reklamı Vumart Güvən