Lavrov Putin-Tramp danışıqlarındakı atmosferi çox yaxşı adlandırıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın Alyaskada apardığı danışıqlarda çox yaxşı ab-havanın olduğunu və bu, hər iki siyasətçinin bəyanatlarında öz əksini tapdığını bildirib.
Redaktor.az xəbər verir ki, o, bu barədə “Rossiya 24” telekanalının efirində deyib.
“Aydın idi ki, ABŞ prezidenti və onun komandası, o zaman hər yerdə yalnız atəşkəs olduğunu və bundan sonra Ukraynaya silah tədarükünü davam etdirəcəklərini təkrarlayan avropalılardan fərqli olaraq, ilk növbədə, uzunmüddətli, davamlı, etibarlı nəticə əldə etmək istəyirdilər”, - diplomat bildirib.
Avqustun 15-də Putin və Tramp Alyaskada dar tərkibdə danışıqlar aparıb. Onlar xarici siyasət idarələrinin rəhbərləri və onların köməkçilərinin iştirakı ilə üç saata yaxın danışıq aparıblar. Danışıqların əsas mövzularından biri Ukrayna böhranının nizamlanması olub.
Amerika liderinin sözlərinə görə, danışıqlar zamanı Ukraynada sülh yolu ilə nizamlanmaya nail olmaq mümkün olmayıb , lakin gələcəkdə nizamlanmaya nail olmaq üçün böyük şanslar var.
Putin də öz növbəsində Ukraynadakı münaqişəni mümkün qədər tez bitirmək niyyətində olduğunu bəyan edib.
Aminə Şahsuvarqızı