Yaponiya Türkiyə dronlarının alınmasında maraqlıdır

 13:36 19.08.2025     69

Yaponiyanın müdafiə naziri Gen Nakatani Türkiyədə rəsmi səfərdədir.

Redaktor.az xəbər verir ki, diplomatik mənbələrin “Al-Arabiyya” kanalına verdiyi məlumata görə, səfərin məqsədi Türkiyə dronlarının Yaponiyaya tədarüküdür.

Bildirilib ki, yaponiyalı nazir türkiyəli həmkarı Yaşar Gülərlə hərbi əməkdaşlığı dərinləşdirməyin yollarını müzakirə edəcəklər.

Gen Nakataninin Türkiyəni hərbi şirkətlərinə baş çəkəcəyi gözlənilir.

Qeyd edək ki, Yaponiyanın müdafiə nazirinin Türkiyəyə səfəri onun 17-22 avqust tarixlərində regional turunun bir hissəsidir.

Vumart və Güvən reklamı Vumart Güvən