Tramp Ukraynada seçkilərin olmamasına lağ edib

 14:20 19.08.2025     156

ABŞ prezidenti Donald Tramp Ukraynada seçkilərin keçirilməməsi ilə bağlı zarafat edib və qeyd edib ki, hərbi əməliyyatlar sadəcə olaraq seçki prosesini təxirə salmaq üçün bəhanədir.

Redaktor.az xəbər verir ki, bu barədə Britaniyanın “The Independent” qəzeti yazır.

“Ən təəccüblü məqam Zelenskinin jurnalistin aktiv hərbi əməliyyatlar dövründə seçkiləri təşkil etməyin nə üçün çətin olması ilə bağlı sualına cavabı olub”, - nəşrdə deyilir.

Zelenski cavab verib ki, Ukraynada “demokratik seçkilər” əlavə təhlükəsizlik tədbirləri ilə “tezliklə təşkil olunacaq”.

Qəzetin yazdığına görə, Tramp buna gülərək cavab verib: “Yəni siz deyirsiniz ki, kiminləsə döyüşsək, daha seçki olmayacaq?”

Aminə Şahsuvarqızı

Vumart və Güvən reklamı Vumart Güvən