Estoniya vətəndaşlarını xəbərdar etdi: Rusiyaya getmək təhlükəlidirmi?

Estoniya Xarici İşlər Nazirliyi vətəndaşlara Rusiyaya səfərin “təhlükəsi” barədə xəbərdarlıq edib.
Redaktor.az xəbər verir ki, müvafiq bəyanat diplomatik agentliyin saytında dərc olunub.
"Xarici İşlər Nazirliyinin yenilənmiş səyahət xəbərdarlığı Rusiyaya hər cür səyahətdən çəkinməyi tövsiyə edir", - bəyanatda deyilir.
Bundan əlavə, Xarici İşlər Nazirliyi Rusiya Federasiyasındakı estoniyalılara müraciət edərək , onlardan ölkədə “qalma ehtiyacını” nəzərə almağı xahiş edib.
Avqustun 13-də Estoniya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin birinci katibini persona non-qrata elan edərək ölkədən çıxarıldığını elan edib. Nazirlik diplomatın ölkəni tərk etməli olduğunu bildirib.
Estoniyanın xarici işlər naziri Marqus Tsakna qeyd edib ki, Rusiya səfirliyinin əməkdaşının ölkədən çıxarılmasına səbəb onun “Estoniyanın konstitusiya quruluşunun və hüquq sisteminin pozulmasında fəal iştirak etməsi” olub. Bundan əlavə, diplomat Estoniya cəmiyyətinin parçalanmasında iştirak etməkdə ittiham olunub.
Aminə Şahsuvarqızı