Ukraynalı futbolçu rus dilində mübahisə etdiyi üçün sarı vərəqə alıb

 17:01 19.08.2025     128

Odessa komandasının ukraynalı futbolçusu İrina Maiborodina Ukrayna çempionatının matçında hakimlə rus dilində mübahisə etdiyi üçün sarı vərəqə ilə cəzalandırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Mash na sport” məlumat yayıb.

Maiborodina hakimə rusca qışqırmağa başlayıb: “Görmürsən?” buna görə dərhal sarı vərəqə alıb.

Baş hakim Anastasiya Romanyuk matç zamanı deyib: “Biz burada rus dilində danışmırıq, bu, Ukrayna çempionatıdır”.

Aminə Şahsuvarqızı

Vumart və Güvən reklamı Vumart Güvən