Fidan İngiltərə və Almaniyalı həmkarları ilə telefon danışığı aparıb

Türkiyə xarici işlər naziri Hakan Fidan Böyük Britaniyanın xarici işlər naziri David Lammi və Almaniyanın xarici işlər naziri İohan Vadephul ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.
Redaktor.az bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.
Görüşlərdə Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün Alyaska və Vaşinqtonda keçirilən görüşlərin nəticələri qiymətləndirilib, həmçinin Qəzzada mövcud vəziyyət və atəşkəs danışıqlarındakı inkişaflar müzakirə edilib.
Aminə Şahsuvarqızı