Boliviyada seçkilər tarixi dönüş yaratdı – 20 illik solçu hakimiyyət bitdi

Boliviya və Latın Amerikası siyasətində solçu hərəkat kimi tanınan Sosializmə Doğru Hərəkat Partiyası (MAS) həftə sonu keçirilən prezident seçkilərində məğlub olduqdan sonra 20 illik hakimiyyətini itirib.
Redaktor.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Ölkədəki sorğu şirkətlərinin proqnozlarına zidd olan sağ mərkəzçi namizəd senator Rodriqo Paz 32,14 faiz səslə seçkidə qalib gəlib, sağçı keçmiş prezident Xorxe Quiroqa isə 26,81 faiz səslə ikinci tura yüksəlib.
Boliviyada heç bir namizəd həlledici qələbə üçün lazımi səs faizini toplamadığından, oktyabrın 19-da ən çox səs toplayan Paz ilə Quiroqa arasında ikinci tur keçiriləcək.
Aminə Şahsuvarqızı