Məxfi məlumatları Qərbə ötürürmüş- Maqomed Hacıyevə ittiham

Rusiya Dövlət Dumasının keçmiş deputatı Maqomed Hacıyev axtarışa verilib.
Redaktor.az-ın məlumatına görə, Rusiya Baş Prokurorluğu iddia edib ki, o, məxfi məlumatları Qərbin xüsusi xidmət orqanlarına ötürüb.
Məlumata görə, Hacıyev bunun üçün ABŞ-dan 45 milyon dollar alıb.
"Xaricdə olarkən Hacıyev ona xarici vətəndaşlıq verilməsi müqabilində Qərb xüsusi xidmət orqanları ilə əməkdaşlığa hazır olduğunu bildirib", - açıqlamada qeyd olunub.
İddia ərizəsində deyilir ki, Hacıyev Türkiyə pasportuna malikdir, lakin ABŞ vətəndaşlığını almaqda maraqlıdır.