BOK-un keçmiş prezidenti orden ALDI

 15:37 20.08.2025     67

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) keçmiş prezidenti Tomas Bax Macarıstanın Böyük Xaç ordeni ilə təltif edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Macarıstan Prezidenti Tamaş Szuyok sosial şəbəkədə məlumat verib.

"Biz görkəmli insana hörmətlə yanaşırıq. Onun həyat fəaliyyəti öz sözünü deyir. Biz, macarlar, əməkdaşlığa və "sülh mədəniyyətinə" - onun ardıcıl olaraq müdafiə etdiyi və təbliğ etdiyi ideallara sarsılmaz sadiqliyinə görə Tomas Baxa minnətdarıq", - Szuyok yazıb.

Fevralın 26-da BOK Baxın təşkilatın rəhbəri vəzifəsindən istefasını qəbul edib. Qərar 2025-ci il iyunun 23-dən sonra səlahiyyətlərin BOK-un yeni rəhbərinə verilməsindən sonra qüvvəyə minib.

Martın 20-də 41 yaşlı Kirsti Koventri tarixdə BOK-a rəhbərlik edən ilk qadın olub. O, 2013-cü ildən təşkilatın üzvüdür. O, idmançı kimi iki qızıl olmaqla, üzgüçülük üzrə yeddi olimpiya medalı qazanıb. 2013-cü ildən BOK-un üzvüdür. Üzgüçülük üzrə iki qızıl, dörd gümüş və bürünc Olimpiya medalı var.

Aminə Şahsuvarqızı

Vumart və Güvən reklamı Vumart Güvən