İki alpinist Elbrusa qalxarkən həlak oldu

Permdən olan iki alpinist Elbrusa qalxarkən həlak olub.
Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, faciə Kabardin-Balkar Respublikasında, Adıl-Su dərəsində baş verib. Alpinistlər hündürlüyü 3742 metr olan Via-tau zirvəsinə qalxmağı planlaşdırırdılar. Lakin qalxma zamanı hər ikisi uğursuzluğa düçar olub və dərəyə düşürək həlak olublar.
Xilasedici cəsədlərin daşınması üçün əməliyyat aparılır.
Aminə Şahsuvarqızı