Gürcüstan Qərbi şantajda ittiham edir

 18:45 20.08.2025     69

Qərb Moldovanı və Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini “demokratiyanın mayakları” elan etsə də, Gürcüstana şantajla qarşı çıxır.

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

Kobaxidze bir qədər əvvəl bəyan etmişdi ki , Avropa İttifaqı Gürcüstana münasibətdə ikili standartları rəhbər tutur.

O qeyd edib ki, Moldovada müxalifətdə olan bütün siyasətçilər parlamentdən uzaqlaşdırılıb. İndi onlarda nə siyasi plüralizm var, nə də media plüralizmi. Bundan əlavə, ölkədə cəmi iki telekanal var ki, bunlar əslində dövlət telekanalıdır və onlar birbaşa mövcud hakimiyyətə xidmət edir. Gürcüstanın baş naziri qeyd edib ki, Moldovada vəziyyət belədir, lakin Moldova “demokratiyanın çırağıdır”.

Kobaxidze bunun ikili standart olduğunu vurğulayıb.

Aminə Şahsuvarqızı

Vumart və Güvən reklamı Vumart Güvən