Boliviya Putin-Tramp danışıqlarını şərh edib

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü Ukrayna ilə bağlı razılığın əldə oluna biləcəyinə inanır.
Redaktor.az xəbər verir ki, bu barədə Boliviya prezidenti Luis Arse ''RİA Novosti'' ilə söhbətində bildirib.
"Prezidentlər Vladimir Putin və Donald Tramp arasında görüş ümidvericidir. İnanıram ki, razılıq əldə oluna bilər və hamı üçün ölümcül nəticələrə səbəb olan bu müharibə nəhayət ki, başa çatacaq. Çünki neftin qiyməti bütün ölkələrə, o cümlədən Boliviyaya təsir edib", - dövlət başçısı bildirib.
O, bu fikirdədir ki, dialoq qərarlarla yekunlaşmalıdır.
Aminə Şahsuvarqızı