Selçuk Bayraktar Türkiyədə birinci oldu

 21:21 20.08.2025     259

 

2024-cü il üçün Türkiyənin ən böyük gəlir vergi ödəyiciləri siyahısına “Baykar” şirkətinin baş direktoru Selçuk Bayraktar başçılıq edir.

Redaktor.az “NTV Türkiyə”yə istinadən xəbər verir ki, S.Bayraktar ötən il dövlət xəzinəsinə 2 milyard 767 milyon 587 min lirə vergi ödəyib.

Reytinqdə ikinci yerdə dövlətə 2 milyard 528 milyon 619 min lirə vergi köçürən “Baykar”ın digər təmsilçisi, şirkətin baş direktoru Haluk Bayraktar qərarlaşıb.

Vumart və Güvən reklamı Vumart Güvən