Çin XİN Əfqanıstanın suverenliyini və inkişafını dəstəklədiyini AÇIQLADI

 09:00 21.08.2025     56

Çin hakimiyyəti Əfqanıstanın suverenliyini və onun müstəqil iqtisadi inkişafını dəstəkləyir.

Redaktor.az xəbər verir ki, bu barədə Asiya nəhənginin xarici işlər naziri Van İ Əfqanıstanın daxili işlər naziri Siracuddin Hakkani ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, Çin tərəfi Kabul şəhərini dost və tərəfdaş kimi qəbul edir.

“Çin Əfqanıstanın iqtisadiyyata yönəlik siyasətini dəstəkləyir. Biz ölkənizin inkişafı və bərpasına töhfəmizi verməyə hazırıq”, – deyə Van İ vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən