Egey dənizi sahillərində kiçikhəcmli gəmi batdı - İki uşaq itkin düşdü

 09:32 21.08.2025     54

Türkiyənin Muğla vilayətinin Egey dənizi sahillərində kiçikhəcmli gəmi batıb.

Redaktor.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, gəminin göyərtəsində 8 nəfər olub. Onlardan 6-sı üzərək sahilə çıxmağı bacarsa da, 2 uşaq itkin düşüb. Hazırda onların axtarışı davam etdirilir.

Muğla valisi İdris Akbıyık deyib ki, axtarış işlərinə 1 helikopter, 3 qayıq, 2 dalğıc qrupu cəlb olunub.

Vumart və Güvən reklamı Vumart Güvən