Rubio Ukrayna və Avropa ölkələrindən olan məsləhətçilərlə görüş keçirəcək

ABŞ Dövlət katibi Marko Rubio bu gün Ukraynanın və Avropa ölkələrinin milli təhlükəsizlik üzrə məsləhətçiləri ilə danışıqlar aparacaq.
Redaktor.az xəbər verir ki, bu haqda məlumatı “The New York Times“ yayıb.
Məlumatda qeyd edilib ki, Rubio avropalıları inandırmağa çalışacaq ki, Tramp, dəyişkənliyinə baxmayaraq, Ukraynaya kömək etmək öhdəliyinə sadiq qalacaq.
Danışıqlar çərçivəsində Ukraynanın təhlükəsizlik təminatları ilə bağlı təklif olunan məqamların inkişafı müzakirə olunacaq. Tramp administrasiyasından bidiriblər ki, danışıqlar, "bu təminatlar nə ola bilər" sualını cavablandıracaq. Həmçinin, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı digər detallara da toxunulacaq.