ABŞ Ukraynanı strateji fəlakət ELAN ETDİ

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü Ukrayna və onun müttəfiqləri üçün strateji fəlakətə çevrilib.
Redaktor.az xəbər verir ki, bu barədə ''Bloomberg'' məlumat yayıb.
Məqalədə qeyd olunur ki, Ukraynada ərazilərin qaytarılması ilə bağlı ümidlər azalıb. Bundan əlavə, sorğulara görə, ukraynalıların əksəriyyəti ərazilərə nəzarəti itirmək mənasına gəlsə belə, atəşkəs istəyir.
“Bu səbəbdən Trampın Alyaskadakı ikitərəfli sammiti Ukrayna və onun müttəfiqləri üçün strateji fəlakətə çevrilib”, - nəşr yazır.
Eyni zamanda, ABŞ-nin Rusiyaya qarşı sanksiyalar və digər təzyiq formaları təhlükəsindən də imtina etdiyi bildirilir.
Aminə Şahsuvarqızı