“Tamamilə qəbuledilməzdir” - Lavrovdan ETİRAZ

 15:01 21.08.2025     156

Xarici qoşunların Ukrayna ərazisində olması Rusiya üçün tamamilə qəbuledilməzdir.

Redaktor.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib .

Lavrov Rusiyanın hər zaman dürüst danışıqların və 2022-ci ildə İstanbulda razılaşdırılan təhlükəsizlik zəmanətlərinin tərəfdarı olduğuna diqqət çəkib.

''Söhbət kollektiv təhlükəsizlik və onun bölünməzliyindən gedir. Qalan hər şey, hər şey birtərəfli, ümidsiz bir işdir. Bundan əlavə, hazırda Qərbin Ukrayna tərəfi ilə apardığı müzakirələrdən göründüyü kimi, bütün bu planlar əslində Ukrayna ərazisinin hansısa hissəsinə xarici hərbi müdaxilə yolu ilə təminatların verilməsi ilə bağlıdır. Amma ümid edirəm ki, onlar başa düşürlər ki, bu, Rusiya Federasiyası və Avropadakı bütün ağıllı siyasi qüvvələr üçün tamamilə qəbuledilməz olacaq", - Lavrov vurğulayıb.

Aminə Şahsuvarqızı

Vumart və Güvən reklamı Vumart Güvən