Ukraynanın müstəqilliyindən nə vaxt danışmaq mümkündür?- Zaxarovadan CAVAB

 17:30 21.08.2025     109

Ukraynanın əsl müstəqilliyindən yalnız o zaman danışmaq mümkün olacaq ki, o, “neonasistlərin ruslara məxsus hər şeyi məhv etmək siyasətini dayandırsın”.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova xatırladıb ki, Ukrayna avqustun 24-də qondarma Müstəqillik Gününü qeyd edəcək. 1991-ci ilin bu günündə Ukrayna SSR Ali Soveti Respublikanın Müstəqilliyinin Elan edilməsi Aktını qəbul edib. Diplomatın sözlərinə görə, bu gün bu tarixi qeyd etmək “ukraynalıların sümükləri üzərində rəqs etməkdən” başqa bir şey deyil.

"Kiyev rejimi öz xalqının soyqırımını amansızcasına davam etdirir, onların etnik, dil və mənəvi kimliyini yox etməyə çalışır", - Zaxarova qeyd edib.

O, Kiyev hakimiyyətini öz dövlətçiliklərinin mənşəyinə qayıtmağa, rus olan hər şeyi məhv etməyi dayandırmağa və Ukrayna Pravoslav Kilsəsinə qarşı “çirkin ayrı-seçkiliyi” dayandırmağa çağırıb.

Aminə Şahsuvarqızı

Vumart və Güvən reklamı Vumart Güvən