Serbiya prezidenti Putinlə görüş planlaşdırır

 17:40 21.08.2025     90

Serbiya prezidenti Aleksandr Vuçiç Rusiyanın Belqraddakı səfiri Aleksandar Botsan-Xarçenko ilə söhbəti zamanı Rusiya prezidenti Vladimir Putinlə mümkün görüşü müzakirə edib.

Redaktor.az xəbər verir ki, bu barədə siyasətçi instaqram səhifəsində yazıb.

Vuçiçin sözlərinə görə, o, Botsan-Xarçenko ilə həm Serbiya, həm də Rusiyanı maraqlandıran bütün mövzuları müzakirə edib.

Prezident Serbiyanın Rusiya ilə dostluq münasibətlərinin inkişafına sadiq qaldığını və Qərbi Balkan regionunda, ilk növbədə Bosniya və Herseqovinada sülhü və siyasi sabitliyi qorumaq əzmində olduğunu vurğulayıb.

Aminə Şahsuvarqızı

Vumart və Güvən reklamı Vumart Güvən