İsrail və Suriya sentyabrda təhlükəsizlik sazişi imzalaya bilər

 10:37 22.08.2025     75

İsrail və Suriya sentyabrda təhlükəsizlik sazişi imzalaya bilər.

Bu barədə Redaktor.az Yaxın Şərq KİV-inə istinadən məlumat verir.

Məlumata görə, Vaşinqton Suriya Prezidenti Əhməd əş-Şəraa, İsrailin Baş naziri Binyamin Netanyahu və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə üçtərəfli görüşün təşkili üzərində fəal işləyir.

"Bu istiqamətdə atılan addımlardan biri Suriyanın BMT-də danışıqlar aparmaq üçün geniş səlahiyyətlərə malik yeni nümayəndəsinin təyin edilməsi olub", - KİV bildirib.

Görüş sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilə bilər.

Tərəflər Suriya və İsrail arasında gərginliyi azaltmaq məqsədilə bir sıra sənədlər imzalamağı planlaşdırırlar. Bununla belə, yaxın vaxtlarda hərtərəfli sülh müqaviləsinin bağlanmasından söhbət getmir.

Həmçinin bu həftə Parisdə İsrailin strateji məsələlər naziri Ron Dermer və Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani arasında aparılan danışıqlarda irəliləyişin olduğu bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən