Ermənistana qaz nəqli DAYANDIRILIR - SƏBƏB

 11:05 22.08.2025     96

Ermənistana qaz nəqli müvəqqəti olaraq dayandırılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" şirkəti məlumat yayıb.

Buna səbəb Gürcüstan ərazisində fövqəladə bərpa işlərinin aparılması göstərilib.

"İşlər "Qırmızı Körpü-Sevkar-Berd" tranzit magistral qaz kəmərində aparılacaq, bununla əlaqədar avqustun 22-si səhər saat 6:00-dan etibarən qaz tədarükü 24 saat müddətinə dayandırılacaq", - deyə məlumatda bildirilib.

Həmçinin qeyd edilib ki, istehlakçıların qaz təchizatı daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü sayəsində təmin olunacaq.

Vumart və Güvən reklamı Vumart Güvən