Avropa Komissiyası Finlandiyaya 1,8 milyon avrodan çox vəsait ayırıb

Avropa Komissiyası (AK) Finlandiyaya 1,8 milyon avrodan çox vəsait ayırıb.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
"Avropa Komissiyası Finlandiyanın Sərhəd Xidməti, polisi, Müdafiə Qüvvələri və “Traficom” Nəqliyyat və Rabitə Agentliyinə ümumilikdə 1 milyon 833 min 75 avro ayırıb. Məqsəd zədələnmiş “EstLink 2” elektrik kabelinin təmiri ilə əlaqədar sözügedən qurumların çəkdiyi xərclərin ödənilməsidir", - məlumatda deyilir.