Zəngəzur dəhlizinə heç kim müqavimət göstərə bilməz! - Lukaşenko

 22:30 22.08.2025     75

“Mən Zəngəzur dəhlizinin nə olduğunu bilirəm, buna heç kim müqavimət göstərə bilməz!”

Redaktor.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Çin mətbuatına müsahibəsində deyib.

Belarus lideri bildirib ki, Ermənistan üçün Azərbaycanla əlaqə yaratmaq çox lazım idi.

“Mən ABŞ Prezidenti Donald Trampı Azərbaycan və Ermənistan arasında sülh sazişinin təşəbbüskarı kimi təbrik etdim. Trampa bildirdim ki, Azərbaycanla Ermənistanı yaxşı fürsət tapıb danışıqlar masasına oturtdunuz ”, - deyə, Lukaşenko bildirib.

O, Zəngəzur dəhlizinə İranın münasibətindən də danışıb:

“Təbii ki, İranın xoşuna gəlmir, çünki İranla sərhəddədir. Amma buna heç kim müqavimət göstərə bilməz. Bu, sülh müqaviləsidir, ABŞ bu dəhlizin Ermənistan ərazisindən çəkilməsinə kömək edəcək. Beləcə, Azərbaycan öz əraziləri ilə təkcə hava yolu ilə birləşməyəcək”, - deyə, Belarus lideri vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən