"12 günlük müharibədə Azərbaycanla bağlı bir sübutumuz yoxdur..." - Əli Laricani

 23:59 22.08.2025     84

"İndiyədək Azərbaycanın İran-İsrail arasında baş vermiş 12 günlük müharibədə əməkdaşlıq etdiyinə dair heç bir sübutumuz olmayıb".

Redaktor.az "Azad İran"a istinadən xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.

"Bəziləri bir sıra sözlər danışır, amma danışanlar bizə dəqiq sübutlar və istinadlar təqdim etməlidirlər. Hələ heç bir istinadımız yoxdur. Azərbaycan hökuməti özü açıq-aydın bildirir ki, belə bir şey olmayıb və bizim hələ masaya qoymaq üçün heç bir sübutumuz yoxdur. Onu da qeyd edək ki, Azərbaycan müsəlman qonşu ölkədir və mədəni əlaqələr baxımından bizə çox yaxındır, dostumuzdur", - Laricani vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən