Yemək gətirən paraşüt oyuncaqları oldu - VİDEO

 13:21 23.08.2025     85

Məlum olduğu kimi, Qəzzada hərbi əməliyyatlar səbəbindən humanitar böhran davam edir. Hazırda həmin ərazidə çox sayda insan aclıq, təmiz içməli su çatışmazlığı və sığınacaq yerin olmamasından əziyyət çəkir.

Redaktor.az xəbər verir ki, lakin bu, Qəzzanın azyaşlı sakinlərinin əyləncəsinə mane olmur.

Belə ki, “Əl-Cəzirə” telekanalı Qəzzada bir qrup uşağın anklava hava yolu ilə humanitar yardım gətirən paraşütlə oynamasının görüntülərini yayıb. 

Kadrlardan uşaqların paraşütlə əyləndiyi anları görmək mümkündür.

Həmin görüntüləri təqdim edirik:

 


Vumart və Güvən reklamı Vumart Güvən