“Rusiyanın şərtləri ilə razılaşın” - Trampdan Ukraynaya MESAJ

 17:39 23.08.2025     149

ABŞ Prezidenti Donald Tramp Ukraynaya açıq şəkildə bildirib ki, atəşkəsə nail olmaq üçün Rusiyanın şərtləri əsasında razılaşmaya getməlidir.

Redaktor.az xəbər verir ki, bu barədə “NBC News” Ağ Evdəki mənbəyə istinadla məlumat yayıb.

Kanal bildirib ki, Tramp avqustun 21-də “Truth Social”dakı paylaşımında Ukraynanın müdafiə mövqeyində olması səbəbindən Rusiya ilə münaqişədə qalib gəlmək iqtidarında olmadığını qeyd edib.

“Bu, Ukraynanın Rusiyanın şərtləri əsasında razılaşmaya getməli olacağına dair siqnal kimi qəbul edilməlidir”, - mənbə deyib.

Telekanalın digər mənbəsinin sözlərinə görə, Tramp administrasiyası münaqişənin həlli məsələsində təslim olmağa hazır deyil və əmindir ki, bunu hərbi yolla həll etmək olmaz.

Vumart və Güvən reklamı Vumart Güvən