Ukrayna Rusiya ilə razılaşmalıdır - Tramp

 21:06 23.08.2025     85

ABŞ Prezidenti Donald Tramp Kiyevə açıq şəkildə bildirib ki, atəşkəsə nail olmaq üçün Ukrayna ilk növbədə Rusiyanın şərtləri əsasında razılaşmaya razı olmalıdır.

Redaktor.az xəbər verir ki, bu barədə “NBC Nyus” telekanalı Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.

Tramp avqustun 21-də “Truth Social”dakı paylaşımında bildirib ki, Ukrayna sırf müdafiə mövqeyində olduğuna görə qalib gəlmək iqtidarında deyil, bu səbəblərdən dolayı Ukrayna Rusiyanın şərtləri əsasında razılaşmaya razılıq verməli olacaq.

Telekanaldakı digər mənbənin sözlərinə görə, Tramp administrasiyası münaqişənin hərbi yolla həll edilməyəcəyini hesab edir.

Vumart və Güvən reklamı Vumart Güvən