Zelenski Putinin qohumlarını bu siyahıya saldı - Aralarında Zelenski də var...

 21:31 23.08.2025     107

Ukrayna Prezidenti Vladimir Zelenski “Kanada paketi” çərçivəsində sanksiyaları Vladimir Putinin qohumlarına da şamil edib.

Redaktor.az xəbər verir ki, söhbət sanksiya siyahısına salınan 74 nəfərdən gedir.

Siyahıda olan qohumlar:

Lyudmila Oçeretnaya – Putinin keçmiş həyat yoldaşı

Artur Oçeretnıy – onun hazırkı əri

Mixail Putin – Putinin əmisi oğlu

Mixail Şelomov – Putinin qardaşı oğlu

İqor Zelenski – Putinin qızının keçmiş əri

Siyahıya həmçinin Kremlin yaxın çevrəsindən olan şəxslər və müharibənin maliyyələşdirilməsində iştirak edən biznesmenlər də daxildir.

Vumart və Güvən reklamı Vumart Güvən