Pentaqon bu şəhərə minlərlə hərbçi göndərəcək

 11:15 24.08.2025     87

Pentaqon cinayətkarlıqla mübarizə məqsədilə sentyabr ayında İllinoys ştatının Çikaqo şəhərinə bir neçə min Milli Qvardiya hərbçisini göndərməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrdən birinin verdiyi məlumata görə, bu model gələcəkdə cinayətkarlıq, evsizlik və qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə digər böyük şəhərlərdə də tətbiq oluna bilər.

Xatırladaq ki, iyun ayında ABŞ Prezidenti Donald Trampın administrasiyası yerli hakimiyyət orqanlarının etirazlarına baxmayaraq, Los-Ancelesə 4 000 Milli Qvardiya hərbçisi və 700 dəniz piyadası yerləşdirib.

Vumart və Güvən reklamı Vumart Güvən