Moskvada Mərkəzi Uşaq Mağazası partladı

Moskvada yerləşən Mərkəzi Uşaq Mağazasında partlayış baş verib.
Redaktor.az Rusiya KİV-ə istinadən xəbər verir ki, insident nəticəsində bir nəfər həyatını itirib, üç nəfər isə xəsarət alıb.
Məlumata görə, partlayış binanın üçüncü mərtəbəsində qeydə alınıb.
Hadisəyə səbəb kimi qaz balonunun partlaması göstərilir.