İranda turistlərə növbəti QADAĞA

 20:54 24.08.2025     75

İran Xarici İşlər Nazirliyi xarici turistlərin İrana təkbaşına səyahətini qadağan edərək viza üçün tələb olunan şərtləri sərtləşdirib.

Redaktor.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, yeni qaydalara görə, viza üçün müraciət edənlər sosial media hesablarına qədər şəxsi bütün məlumatlarını təqdim etməlidirlər. 

Bundan əlavə, rəsmi turizm agentliyi ilə müqavilə, hotel rezervasiyasının təsdiqi, tam səyahət marşrutu və lisenziyalı bələdçi ilə müşayiət olunmaq məcburidir.

Əlavə olaraq, müraciət edənlərdən CV, təhsil və səyahət tarixçəsi də tələb olunur. İran səfirlikləri ərizələri 2-3 həftə ərzində araşdıracaq.

Məlumatda o da qeyd olunur ki, İran hökuməti İsraillə 12 günlük müharibədən sonra ölkədə təhlükəsizlik nəzarətini gücləndirib. 

Bu isə İrana gələn xarici turistlərin sayını xeyli azaldıb.

Vumart və Güvən reklamı Vumart Güvən