Vyetnamda yarım milyondan çox insan təxliyə edildi

 22:35 24.08.2025     68

Vyetnam hökuməti "Kajiki" qasırğasının yaxınlaşması səbəbindən 586 mindən çox insanın təxliyə edilməsi barədə tapşırıq verib.

Redaktor.az xəbər verir ki, hazırda dənizdə küləyin sürəti 166 km/saata çatır.

Sinoptiklər küləyin sürətinin daha da artacağını gözləyirlər.

Ölkənin mərkəzində yerləşən Thanhhoa, Quanqçi, Hue və Dananq əyalətlərinin sakinlərinə evlərini tərk etmək barədə əmr verilib.

Aviareysləri ləğv edilib və qayıqlara dənizə çıxmamaq tapşırılıb.

Hazırda qasırğanın Çinin Haynan vilayəti ərazisində tüğyan etdiyi bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən