İndoneziyada ABŞ və müttəfiq ölkələrin hərbi təlimləri başlayıb

 10:34 25.08.2025     65

İndoneziya, ABŞ və müttəfiq ölkələr müştərək hərbi təlimlərə başlayıb.

Redaktor.az “Al Arabiyya” kanalına istinadən xəbər verir ki, İndoneziyanın paytaxtı Cakarta və digər bölgələrdə keçiriləcən təlimlər sentyabrın 4-ə qədər davam edəcək.

Təlimlərdə İndoneziyadan 4100, ABŞ-dan 1300 nəfərlik şəxsi heyət iştirak edəcək.

Avstraliya, Yaponiya, Sinqapur, Fransa, Yeni Zelandiya, Böyük Britaniya və digər ölkələrdən olan həbçilər də təlimlərə qoşulacaqlar.

Vumart və Güvən reklamı Vumart Güvən