Almaniyanın vitse-kansleri Ukraynaya elan olunmamış səfər edib

 11:13 25.08.2025     106

Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl Kiyevə gələrkən deyib ki, Rusiya prezidenti Vladimir Putin Almaniyanın Ukraynaya dəstəyinin zəifləməyəcəyini anlamalıdır.

Redaktor.az xəbər verir ki, bu barədə ''Reuters'' məlumat yayıb.

“Putin Almaniyanın Ukraynaya verdiyi dəstəyin tərəddüd edə biləcəyi ilə bağlı illüziyalara qapılmamalıdır”, - Klinqbeyl bildirib.

O xatırladıb ki, Almaniya “Ukraynanın dünyada ikinci, Avropada isə ən böyük dəstəkçisi” olaraq qalır. Siyasətçi əmindir ki, Kiyev Berlinin dəstəyinə arxalana bilər.

Bu gün Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl elan olunmamış səfərlə Ukraynaya səfər edib. Jurnalistlərin fikrincə, səfərin məqsədi “mümkün sülh prosesində Almaniyanın Ukraynaya necə dəstək verə biləcəyini” öyrənməkdir.

Klinqbeylin Ukrayna hökuməti və parlamentinin nümayəndələri ilə görüşlər keçirəcəyi gözlənilir. O, vətəndaş cəmiyyətinin nümayəndələri ilə də ünsiyyət qurmaq niyyətindədir.

Aminə Şahsuvarqızı

Vumart və Güvən reklamı Vumart Güvən