"3+3" formatında danışıqlar regionda problemlərin həllində effektiv mexanizm olacaq - YENİLƏNİB

 16:44 25.08.2025     176

"3+3" formatında danışıqlar Cənubi Qafqazda problemlərin həllində effektiv mexanizm olacaq.

Redaktor.az-ın İran KİV-inə istinadən verdiyi məlumata görə, bunu İran Prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı bildirib.

"İran və Rusiyanın iştirakı ilə "3+3" formatında (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran - red.) danışıqlar regionun problemlərinin həlli üçün daha effektiv və təsirli mexanizm olacaq", - o qeyd edib.

***

Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.

Redaktor.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Putin Ankoricdə keçirilən Rusiya-Amerika sammitinin əsas nəticələrini iranlı həmkarına təqdim edib. Pezeşkian Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş diplomatik səylərin davam etdirilməsini dəstəklədiyini bildirib.

Bundan əlavə, ikitərəfli gündəliyin aktual məsələləri müzakirə edilib. İranın nüvə proqramı ilə bağlı vəziyyətə və Cənubi Qafqaz regionunda baş verən hadisələrə də toxunulub.

Vumart və Güvən reklamı Vumart Güvən