Belarus sərhəddində təzyiqlər artıb

 16:34 25.08.2025     66

Polşa və Belarus sərhədində vəziyyət yenidən gərginləşib.

Redaktor.az xəbər verir ki , bunu Polşa Sərhəd Mühafizəsinin rəhbərliyi ilə görüşün açılışı zamanı respublikanın daxili işlər və administrasiya naziri Marçin Kervinski bildirib.

"Bu gün Belarus istiqamətində təzyiqlər artır. Bu günə olan məlumata görə, 300-dən çox sərhədi zorla keçməyə cəhd edilib. Yaxın vaxtlarda vəziyyətin yenidən pisləşməsini gözləyirik. Qarşıdan payız dövrü gəlir. Bu, həmişə miqrasiya təzyiqinin artmasına uyğun olub", - nazir əlavə edib.

Polşanın daxili işlər və administrasiya nazirinin müavini Çeslav Mroçek də öz növbəsində bəyan edib ki , Belarusla sərhədin fiziki və texniki cəhətdən möhkəmləndirilməsi ilə əlaqədar onu keçmək üçün uğurlu cəhdlər getdikcə azalır.

Aminə Şahsuvarqızı

Vumart və Güvən reklamı Vumart Güvən