Trampın əlindəki göyərmələrin SƏBƏBİ

 17:46 25.08.2025     185

ABŞ Prezidenti Donald Trampın əlində tez-tez müşahidə olunan göyərmələr venoz çatışmazlıq və varikoz xəstəliyi ilə bağlı ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə rusiyalı terapevt, tibb elmləri namizədi Andrey Kondraxin aif.ru-ya açıqlama verib.

Onun sözlərinə görə, adətən venoz çatışmazlıq aşağı ətraflarda müşahidə olunur, lakin yaş artdıqca damarlar və venalar yalnız ayaqlarda deyil, bədənin digər hissələrində, o cümlədən əllərdə də elastikliyini itirə bilər:

"Bu, venoz çatışmazlığın nəticəsi ola bilər. Vena və damarların zəifləməsi nəticəsində insanlarda göyərmələr əmələ gəlir", - deyə həkim bildirib.

Xatırladaq ki, avqustun 23-də jurnalistlər Trampın qolunda növbəti dəfə göyərmə qeydə alıblar. Daha əvvəl, iyul ayında ABŞ lideri tibbi müayinədən keçmiş və onda xroniki venoz çatışmazlıq aşkarlanmışdı. Lakin Ağ Evin məlumatına görə, Tramp özünü “çox yaxşı” hiss edir.

Məsələ ilə bağlı verilən digər açıqlamalarda isə bildirilib ki, Trampda yaranan hematomalar həm də tez-tez edilən əl sıxmalarından və qan durulaşdırıcı kimi qəbul etdiyi aspirinin yan təsirlərindən qaynaqlana bilər.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən