Biz bütün qonşularımızla qardaşıq, qohumuq... - Pezeşkian

Biz bütün qonşularımızla qardaşıq. Aramızda ancaq quru sərhədi var.
Redaktor.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Azərbaycanla dostluq və qardaşlığı tənqid edənlərə münasibət bildirərkən deyib.
"Hər kəsin öz evi var. Suyumuz bir, torpağımız bir. Mənim bir evim, sənin bir evin var. Hər kəs öz evində hakimdir. Biz bütün qonşularımızla qardaşıq, qohumuq, yaxınıq", -o əlavə edib.