Rusiya İsrailə İran əleyhinə məlumat ötürüb - ŞOK İDDİA

İranda Sistem Məsləhətini Müəyyənləşdirmə Şurasının üzvü Məhəmməd Sədr Rusiyanın mövqeyini sərt tənqid edib.
Redaktor.az xəbər verir ki, o, “Aparat” saytına açıqlamasında İsrailin hücumları zamanı Moskvanın Tehrana gözlənilən dəstəyi göstərmədiyini bildirib.
Məhəmməd Sədr iddia edib ki, İsrailin İranın müdafiə sistemlərini dəqiq vurması Rusiyanın verdiyi məlumatlar hesabına mümkün olub: “Rusiyaya heç bir halda güvənmək olmaz. İsrail bütün müdafiə sistemlərimizi necə vurdu? Haradan bilirdi? Ruslar İsrailə məlumat ötürmüşdü”, – deyə o vurğulayıb.
İranlı rəsmisi, həmçinin Rusiyanın İrana S-400 hava hücumundan müdafiə sistemləri və Su-35 qırıcılarını verməkdən imtina etdiyini xatırladaraq, iki ölkə arasında imzalanmış “strateji tərəfdaşlıq” müqaviləsini “boş və faydasız” sənəd adlandırıb.