Ukrayna Polşanı hədələdi

 23:38 25.08.2025     57

Ukrayna rəhbərliyi Polşa prezidenti Karol Navrotskiyə ölkədə Bandera simvolikasının qanunvericilik səviyyəsində tam qadağan edilməsi təşəbbüsünə görə ciddi nəticələr barədə xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Yevropeyskaya pravda" qəzeti adını açıqlamayan ukraynalı məmura istinadla məlumat yayıb.

“Biz qəbul edilmiş qərarların hüquqi tərəflərini və onların Polşadakı ukraynalı vətəndaşların vəziyyətinə mümkün təsirlərini təhlil edirik. Bizim simvollarının nasist simvollarına bərabər tutulması kimi siyasi qərarlar Ukrayna tərəfinin reaksiyasını tələb edəcək”, – məmur bildirib.

Mənbənin sözlərinə görə, belə addımlar Polşada yalnız mənfi reaksiyalara və ukraynalı vətəndaşlar arasında etirazlara səbəb olacaq.

Vumart və Güvən reklamı Vumart Güvən