Aİ Rusiyaya qarşı sanksiyalar üçün iki ölkəyə təzyiq etmək istəyir

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul etmək üçün Macarıstan və Slovakiyaya təzyiq göstərmək istəyir.
Redaktor.az xəbər verir ki, bu barədə“Politico” mənbələrə istinadən bildirir.
Nəşr qeyd edir ki, Slovakiya və Macarıstan ardıcıl olaraq anti-Rusiya sanksiyalarının genişləndirilməsinə qarşı çıxıblar və bununla əlaqədar Aİ-nin digər ölkələri də onlara təzyiq etmək qərarına gəliblər.
Anonim qalmağa üstünlük verən avropalı diplomat nəşrə bildirib ki, Rusiyaya qarşı əvvəlki bütün sanksiyalar paketləri Macarıstan və Slovakiyanın ilkin müqavimətinə baxmayaraq qəbul edilib.
Aminə Şahsuvarqızı