Qəzzada son sutkada ölən və yaralananların sayı AÇIQLANDI

Son 24 saat ərzində Qəzza zolağında 70-dən çox ölü və 370 yaralı xəstəxanalara yerləşdirilib.
Redaktor.az bu barədə Qəzza Səhiyyə Nazirliyinə istinadən xəbər verir.
"Son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara 75 ölü və 370 yaralı yerləşdirilib", - açıqlamada bildirilir.
Qeyd olunur ki, ölən 75 nəfərdən 3-ü aclıq və qida çatışmazlığından ölüb, 17-si isə humanitar yardım məntəqələrinin atəşə tutulması nəticəsində həlak olub.
Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 7-dən bu yana İsrailin hücumlarında ölənlərin ümumi sayı 62 819 nəfərə çatıb, 158 629 nəfər yaralanıb.