Merts Rusiyanı hədələdi: Putin Zelenski ilə görüşməsə, daha çox təzyiq olacaq

 22:25 26.08.2025     77

Almaniya Kansleri Fridrix Merts yaxın vaxtlarda Rusiya və Ukrayna Prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında görüş baş tutmasa, Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəyi ilə hədələyib.

Redaktor.az-ın RBK-ya istinadən verdiyi xəbərə görə, bu barədə o, Kanadanın Baş naziri Mark Karni ilə birgə mətbuat konfransında bildirib.

Mertsin sözlərinə görə, Rusiya tərəfi Putinlə Zelenski arasında görüşə razı olmasa, daha ​​çox təzyiq tələb olunacaq:

"Bu iş üçün Avropa İttifaqı əlavə sanksiyalar hazırlayır. ABŞ prezidenti də əlavə cərimə rüsumlarının tətbiqini istisna etməyib".

Vumart və Güvən reklamı Vumart Güvən