İsrail hökuməti Qəzzanı ələ keçirmək üçün TOPLAŞIR

 23:41 26.08.2025     65

İsrail hökuməti Qəzzanın ələ keçirilməsi ilə bağlı əməliyyat planlarının müzakirəsini 31 avqusta təyin edib.

Redaktor.az xəbər verir ki, bu barədə İsrailin "Ynet" portalı məlumat yayıb.

“Qəzza zolağının əməliyyat planlarını müzakirə etmək üçün gələn bazar gününə daha bir görüş planlaşdırılır” - deyə məlumatda bildirilir.

Qeyd olunub ki, bu gün Nazirlər Kabinetinin iclası da keçirilib. İclas təxminən üç saat davam edib, lakin Qəzzadakı əməliyyat ayrıca gündəlikdə yer almayıb.

Avqustun 22-də İsrailin Baş naziri Benyamin Netanyahu hərbi komandanlığın Qəzza sektoruna nəzarətin qurulması və Fələstin hərəkatı HƏMAS-ın strukturunun ləğvi ilə bağlı planlarını təsdiqləyib.

Onun sözlərinə görə, İsrail Müdafiə Ordusu fələstinli anklava tam nəzarət əldə etdikdən sonra, Qəzzadakı hərbi əməliyyat tez bir zamanda başa çatacaq.

Vumart və Güvən reklamı Vumart Güvən