''Zelenski də günahsız deyil'' - Tramp

 11:12 27.08.2025     55

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini tam günahsız hesab etmir.

Redaktor.az-ın məlumatına görə, o, bu barədə Ağ Evdə danışıb.

“Tango üçün iki nəfər lazımdır”, – deyə o, kabinet iclasında bildirib.

Trampın fikrincə, münaqişənin həlli üçün Zelenski ilə Vladimir Putinin görüşü vacibdir.

O əlavə edib ki, ABŞ artıq Kiyevə maliyyə yardımı göstərmir, NATO isə hərbi texnikanı maliyyələşdirir. Tramp Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərinin “çox yaxşı” olduğunu vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən